Prezident İlham Əliyev: "Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır"

Prezident İlham Əliyev: "Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır" Əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda
Qarabağ
5 Oktyabr , 2020 17:44
Prezident İlham Əliyev: Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır
İlham Əliyev

"Əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Ancaq əgər o çıxma tarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər".

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?” sualına cavabında səsləndirib.

Dövləti başçısı mümkün olan ölkələr sırasında Türkiyənin adını çəkərək deyib: “Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərti ilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq”.

Eyni zamanda döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibətinin çox önəmli olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Bizim fikrimiz məhz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh təmin edilə bilər”.

Son xəbərlər

Orphus sistemi