Prezidentin köməkçisi: "İranla dağıdılmış kommunikasiya xətlərinin bərpasına baxıla bilər"

Prezidentin köməkçisi: "İranla dağıdılmış kommunikasiya xətlərinin bərpasına baxıla bilər" Azərbaycan və İran qonşu dövlətlərdir
Qarabağ
6 Fevral , 2021 17:19
Prezidentin köməkçisi: İranla dağıdılmış kommunikasiya xətlərinin bərpasına baxıla bilər
Hikmət Hacıyev

“Azərbaycan və İran qonşu dövlətlərdir. Bizim ölkələrimiz arasında dostluq münasibətləri var”

“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası çərçivəsində qonşu dövlət İranla da dağıdılmış kommunikasiya xətlərinin bərpasına baxıla bilər.

Son xəbərlər

Orphus sistemi