Prezidentin köməkçisi beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı
Prezidentin köməkçisi beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı“AzTV və Azərtac-ın jurnalistləri Ermənistanın qoşunlarını Kəlbəcərdən çıxararkən qəsdən yerləşdirdiyi minanın qurbanı olub”.
“AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!”, – o qeyd edib.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Journalists of AzTV&Azertag became victims of mine deliberately put by Armenia while withdrawing its troops from Kalbajar. International institutions are called for solidarity and condemning this incident. Siraj Abishov and Maharram Ibrahimov Rest in Peace! Allah rəhmət eləsin! pic.twitter.com/TENYUAGVS0