Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama

Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama "Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb".
Qarabağ
19 Oktyabr , 2020 17:03
Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama
Hikmət Hacıyev

"Erməni əsirlərə ailə üzvləri ilə əlaqə saxlaması üçün imkan yaradılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

"Azərbaycanda olan iki yaralı erməni əsərinə Azərbaycan Respublikası Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək həmin yaralılara da lazımi tibbi yardım göstərildi. Eyni zamanda onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".

Son xəbərlər

Orphus sistemi