Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib

Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Qarabağ
14 Dekabr , 2021 19:02
Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ölkə liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.

“Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün faydalı olacağına ümid ifadə olunub”, - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi