Qarabağ Dirçəliş Fondu Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün vətəndaşları Qarabağ Dirçəliş Fonduna ianə etməyə çağırıb.
"Report"un xəbərinə görə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, indi hər bir vətəndaşın Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var.
"Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək.
Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz. Bu linkə daxil olmaqla ianə edə bilərsiniz: https://qdf.gov.az/iane-et/
Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə aşağıdakı linklərdə (üç dildə) tanış ola bilərsiniz:
AZ: https://story.karabakh.center/az/qarabagda-ekosid
RUS: https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe
ENG: https://story.karabakh.center/en/ecocide-in-karabakh", - o vurğulayıb.