Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər

Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər Qarabağda Rusiyanın baş konsulluğu açıla bilər, məsələ müzakirə olunur.
Qarabağ
19 Avqust , 2024 02:46
Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər

Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.

Son xəbərlər

Orphus sistemi