Qarabağda aparılan axtarışlar zamanı Ermənistan ordusunun müharibə zamanı itkin düşmüş daha bir hərbçisinin meyiti tapılıb.
“Report” xəbər verir ki, bu barədə “News.am” bildirib.
Məlumata görə, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 355 nəfərə çatıb.
İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.
Daha əvvəl Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapıldığı xəbər verilib.