Qarabağdakı rus sülhməramlıları ermənilərin “aksiyası”nı müşayiət etməkdən imtina edib

Qarabağdakı rus sülhməramlıları ermənilərin “aksiyası”nı müşayiət etməkdən imtina edib Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) doğru “aksiyası”nı müşayiət etməkdən imtina edib.
Qarabağ
7 Avqust , 2023 14:54
Qarabağdakı rus sülhməramlıları ermənilərin “aksiyası”nı müşayiət etməkdən imtina edib

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) doğru “aksiyası”nı müşayiət etməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.

Son xəbərlər

Orphus sistemi