“8112” qısa nömrəsinə SMS göndərməklə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb.
Fonddan "Report"a verilən məlumata görə, artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.
SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.
SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.
Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün
Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.
Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (