Qarabağın ilk beynəlxalq hava limanından reportaj

Qarabağın ilk beynəlxalq hava limanından reportaj İşğaldan azad olunmuş Qarabağın ilk beynəlxalq hava limanında tikinti işləri davam etdirilir.
Qarabağ
5 Sentyabr , 2021 16:01
Qarabağın ilk beynəlxalq hava limanından reportaj

İşğaldan azad olunmuş Qarabağın ilk beynəlxalq hava limanında tikinti işləri davam etdirilir.

"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda son tamamlanma işləri aparılır.

Artıq bu gün Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, Füzuli Beynəlxalq Hava Limanında eniş icra edib.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli Benəlxalq Hava Limanına eniş edib.

Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq-texniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Son xəbərlər

Orphus sistemi