Qazaxıstan prezidenti: “Bu, regionda sülhün bərqərar olmasına yardım edəcək”

Qazaxıstan prezidenti: “Bu, regionda sülhün bərqərar olmasına yardım edəcək” “Müstəqil Dövlətlər Birliyinin mövcudluğu ərzində postsovet məkanında siyasi mühiti zəhərləyən münaqişə ocağı söndürülüb”.
Qarabağ
18 Dekabr , 2020 15:15
Qazaxıstan prezidenti: “Bu, regionda sülhün bərqərar olmasına yardım edəcək”
Kasım-Jomart Tokayev

“Müstəqil Dövlətlər Birliyinin mövcudluğu ərzində postsovet məkanında siyasi mühiti zəhərləyən münaqişə ocağı söndürülüb”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında bildirib.

O, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair imzalanan bəyanatı “tarixi razılaşma” adlandırıb: “Bu, regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək”.

Qazaxıstan prezidenti Qarabağ üzrə bəyanatı yaranmış vəziyyətə uyğun olaraq “yeganə doğru qərar” adlandırıb.

Son xəbərlər

Orphus sistemi