"Gəncə şəhərinin yaşayış massivinə böyük hücumun baş verdiyi ərazini ziyarət etdim. Həlak olanlar və yaralananlara görə başsağlığı verirəm".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai "Tvitter"də yazıb.
"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır", - o qeyd edib.