“Rahat” supermarketlər şəbəkəsində QƏLƏBƏ SEVİNCİ

“Rahat” supermarketlər şəbəkəsində QƏLƏBƏ SEVİNCİ Şanlı, qürurlu Azərbaycanın tarixi və coğrafi səhifələri yenilənir. 10 noyabr – təqvimi əbədiləşir, müqəddəsləşir. Bu bir başqa hissdir, başqa sevincdir. Şahidlik etdiyimiz bu anlar təkrarsızdır.
Qarabağ
10 Noyabr , 2020 18:40
“Rahat” supermarketlər şəbəkəsində QƏLƏBƏ SEVİNCİ

Şanlı, qürurlu Azərbaycanın tarixi və coğrafi səhifələri yenilənir. 10 noyabr – təqvimi əbədiləşir, müqəddəsləşir. Bu, bir başqa hissdir, başqa sevincdir. Şahidlik etdiyimiz bu anlar təkrarsızdır.

Dünyanın bir çox ölkələri bizimlə məhz tarixi sevincimizi paylaşır. Tərəfdaş ölkələrin dəstəyi və təbriki davam edir. Elə bölgələrimizdə, paytaxtımızda olduğu kimi.

“Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi və kollektivi də qələbəni birlikdə qeyd ediblər. Qurbanlar kəsilib və əməkdaşları üçün alış-veriş kartı hədiyyə olunub. Xalqımızı təbrik edərək bizi gözləyən xoş günlərdən danışıblar. Bizə bu günləri nəsib edən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib, canı bahasına vuruşan əsgərlərimizin və Vətən uğurunda canından keçən şəhidlərimizə borcluluq hissini ifadə ediblər.

QARABAĞ AZƏRBAYCANDIR!

Son xəbərlər

Orphus sistemi