"Xudavəng" alban məbədlərinin mirvarisidir və müqəddəs bir yerdir".
Bunu "Report"a açıqlamasında Azərbaycanın Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.
O vurğulayıb ki, "Xudavəng" məbədi alban irsidir: "Bu gün bu müqəddəs məkanı ziyarət etmək və orada Pasxa bayramını qeyd etmək alban irsini saxlamaq üçün vacib amildir".
"Bu gün biz "Xudavəng" məbədini həm ziyarət edirik, həm də Pasxa bayramını qeyd edirik. Biz bundan öncə də işğaldan azad olunmuş kilsələri də ziyarət etmişik və bayramı orada qeyd eləmişik", - R.Mobili əlavə edib.