Rumıniyanın XİN başçısı: "Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır"

Rumıniyanın XİN başçısı: "Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır" "Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq".
Qarabağ
26 İyun , 2021 16:36
Rumıniyanın XİN başçısı: Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır

"Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müharibə zamanı bütün saxlanılan şəxslərin azad olunması və mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır:

"Biz etimadın qurulması və digər məsələlərin həlli ilə bağlı addımlara kömək və dəstək verməyə hazırıq".

XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistanın cəmiyyətləri arasında etimadın qurulması çoxlu səylər tələb edəcək.

Son xəbərlər

Orphus sistemi