Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işin başlayacağına ümid edir

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işin başlayacağına ümid edir “Rusiya yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamağın mümkün olacağına ümid edir”.
Qarabağ
18 May , 2022 19:52
Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işin başlayacağına ümid edir

“Rusiya yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamağın mümkün olacağına ümid edir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

M.Zaxarova vurğulayıb ki, Moskva Rusiyanın konsultativ yardımı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır:

“Ötən il noyabrın 26-da Soçidə liderlərin üçtərəfli danışıqlarının ardından verilən bəyanatda təsbit edildiyi kimi komissiyanın işə başlaması ilə iki ölkə sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atmaq lazımdır”, - o fikrini yekunlaşdırıb.

XİN rəsmisi qeyd edib ki, Düşənbədə keçirilən son görüşdə azərbaycanlı və erməni tərəfdaşlar milli nümayəndə heyətinin formalaşdırılması prosesini başa çatdırmaq üzrə olduqlarını bildiriblər, Rusiya isə artıq öz ekspert qrupunu formalaşdırıb.

Son xəbərlər

Orphus sistemi