Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub

Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər
Qarabağ
25 Fevral , 2021 10:47
Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrda əldə olunmuş razılaşma nəticəsində Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edilib. Hazırda Rusiya sülhməramlıları qovşaqlar və elektrik stansiyanın fəaliyyətində işlər görmək üçün mühəndislərin təhlükəsizlik və manesiz girişini təmin edir.

Qeyd olunub ki, bu, Xankəndi şəhərinin, həmçinin onun yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.

Son xəbərlər

Orphus sistemi