Rusiya Şuşaya atılan "İskander-M"lə bağlı araşdırmalara başlayıb

Rusiya Şuşaya atılan "İskander-M"lə bağlı araşdırmalara başlayıb "Rusiya Silahlı Qüvvələrində Qarabağda “İskander-M” raket kompleksinin aşkarlanması məsələsi müzakirə olunur"
Qarabağ
13 Aprel , 2021 14:12
Rusiya Şuşaya atılan İskander-Mlə bağlı araşdırmalara başlayıb
Dmitri Peskov
0 : 00
0 : 00

"Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İskəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib.

"Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, - o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması məsələsini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi