Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər yanvarın 11-də Moskvada imzalanan Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli razılaşmasının həyata keçirilməsini müzakirə ediblər.