Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə edəcək

Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə edəcək Fevralın 17-də Moskvada nazirlərin görüşü olacaq
Qarabağ
15 Fevral , 2021 18:00
Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə edəcək
Sergey Lavrov və Ara Ayvazyan

Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ara Ayvazyan Qarabağla bağlı məsələləri müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 17-də Moskvada nazirlərin görüşü olacaq.

"Görüşdə bölgədə humanitar yardım göstərilməsinə, infrastrukturun bərpasına və nəqliyyat kommunikasiyalarının açılmasına və Azərbaycan-Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bəndlərinin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək", - Nazirlikdən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi