Martın 23-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Telefon danışığında tərəflər hərbi və hərbi texniki əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər.
"İki müttəfiq ölkənin müdafiə nazirləri Ermənistan Silahlı Qüvvələrində başlanılan genişmiqyaslı islahatların əsas istiqamətlərini, Ermənistan-Rusiya hərbi əməkdaşlığını, xüsusən də müştərək hərbi qrupların birgə əməliyyatları ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Syunik (Sünik) bölgəsində həyata keçirilən təhlükəsizlik tədbirləri də diqqət mərkəzində olub", - nazirlikdən bildirilib.