Rusiya və Kanada XİN başçıları Qarabağ məsələsini müzakirə ediblər

Rusiya və Kanada XİN başçıları Qarabağ məsələsini müzakirə ediblər “Qarno Kanadanın Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırdığını təkrarlayıb”
Qarabağ
21 May , 2021 09:28
Rusiya və Kanada XİN başçıları Qarabağ məsələsini müzakirə ediblər
Sergey Lavrov və Mark Qarno

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və kanadalı həmkarı Mark Qarno Qarabağ məsələsini müzakirə ediblər.

“Report” “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki ölkənin XİN başçılarının görüşü Arktik Şuranın xarici işlər nazirlərinin İslandiyanın paytaxtı Reykyavikdə keçirilən toplantısı çərçivəsində baş tutub.

“Mark Qarno Kanadanın Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırdığını təkrarlayıb”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi