Rusiyalı ekspert: "Fransa prezidentliyinə namizədin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir"

Rusiyalı ekspert: "Fransa prezidentliyinə namizədin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir" Fransa prezidentliyinə namizəd, İl de Frans bölgə şurasının sədri Valeri Pekres Ermənistana səfərindən hər hansı siyasi dividend əldə edə bilməyəcək.
Qarabağ
23 Dekabr , 2021 20:07
Rusiyalı ekspert: Fransa prezidentliyinə namizədin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir
Yevgeni Mixaylov

"Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir".

Bunu “Report”a rusiyalı politoloq, milli münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov bildirib.

“Məncə, o, prezident kürsüsünə namizədlər arasında nüfuzsuz olduğu üçün bu yolla Fransanın böyük erməni icmasından dəstək umur. Ona heç rəsmi Parisin mövqeyi də o qədər maraqlı deyil, hərçənd Paris də bəzi hallarda Azərbaycana qarşı ikili oyun oynayır”, - politoloq deyib.

Onun fikrincə, Valeri Pekrez Ermənistana səfərindən hər hansı siyasi dividend əldə edə bilməyəcək.

Eyni zamanda rusiyalı ekspert qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan nə qədər Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymağa tərəfdar kimi görünməyə çalışsa da, bu kimi səfərlərə rəvac verir. Belə ki, rəsmi İrəvan məlum üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır.

“Məncə, yaxın illərdə İrəvanın bu təxribatçı addımlara son verəcəyini gözləmək əbəsdir. Ermənistan sülh sazişi üçün zəruri olan sərt şərtlərlə küncə sıxışdırılanadək artıq mövcud olmayan Qarabağ kartını oynamaq cəhdlərinə davam edəcək”, - ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi