"Şuşanın belə uca dağlarda olduğunu gözləmirdim. Biz doğrudan da buludların üstündəydik. Oradan Xankəndi, Xocalı görünürdü".
Bunu "Report"a Rusiyanın tanınmış politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov məlumat verib.
Onun sözlərinə görə, erməni terrorçusu tərəfindən konfransın iştirakçılarının səfərindən əvvəl törədilən terror aktı xoşagəlməz hadisə olub.
"Əvvəlcə vəziyyəti başa düşmədik, lakin sonra məlum oldu ki, hadisə elə bizim keçdiyimiz yolda baş verib. Təhlükəsizlik səbəbindən bizə dayanmağa icazə vermədilər. Terrorçular cəzalandırılmalı, ya Azərbaycanın, ya da Rusiyanın baş prokurorluqlarına təhvil verilməlidir, çünki terror aktı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə həyata keçirilib. Xoşbəxtlikdən sülhməramlılardan heç biri partlayışdan bir neçə metr aralıda olsa da, xəsarət almayıb”, - deyə Markov vurğulayıb.