“Erməni millətçiləri və qisasçıları öz xalqlarının faydasını fikirləşmirlər. Azərbaycana əllərindən gələn pislik etməyə çalışaraq ermənilərə də ziyan vurur, onlara əzab-əziyyət gətirirlər. Həmçinin bunu Rusiyanın arxasında gizlənərək etməyə çalışırlar”.
Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq və hərbi ekspert Aleksandr Perenciyev Azərbaycan ilə Ermənistan dövlət sərhədində törədilən son təxribata münasibət bildirərkən dilə gətirib.
Ekspert vəziyyətdən narahatlığını ifadə edib: “Sülhməramlıların vəzifəsi təxribatların qarşısını almaq, münaqişələri aradan qaldırmaqdır. Bu cür əməllərlə ermənilər rusiyalı sülhməramlıları pis vəziyyətə qoyaraq qarşıdurmaya cəlb etməyə çalışırlar”.
Ekspert bu hadisənin Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan dərhal sonra baş verdiyinə diqqət çəkib: “Onlar qisasçılıq məqsədlərini icra müstəvisinə keçirirlər. Ermənistan tərəfi sülhün bərqərar olmasına, iqtisadi və təsərrüfat işlərinin qurulmasına mane olmağa çalışır”.
“Əsasən iqtisadi sahədə uduzacaqlarını başa düşən millətçi və qisasçılar bundan daha da qıcıqlanaraq münaqişəni yenidən qızışdırmağa çalışırlar”, - deyə rusiyalı ekspert qeyd edib.