Rusiyalı politoloq: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır”

Rusiyalı politoloq: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır” “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biridir. Bu, bizi birləşdirən və ədalətin bərqərar olması üçün birgə hərəkət etməyə məcbur edən faciədir. Azərbaycan tərəfi bu faciəni törədənlərin cəzalandırılması üçün əlindən gələni edir”
Qarabağ
25 Fevral , 2022 20:25
Rusiyalı politoloq: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır”

“Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biridir. Bu, bizi birləşdirən və ədalətin bərqərar olması üçün birgə hərəkət etməyə məcbur edən faciədir. Azərbaycan tərəfi bu faciəni törədənlərin cəzalandırılması üçün əlindən gələni edir”.

Bunu “Report”un Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

“Xocalı hadisələrini xatırlamaq bütün dünya üçün vacibdir, çünki bu barədə nə qədər çox insan məlumatlı olarsa, gələcəkdə bu cür hadisələrin təkrarlanmama ehtimalı bir o qədər yüksək olar”, - politoloq bildirib.

Onun sözlərinə görə, bu amansız soyqırımı törədənlərin hamısı öz əməllərinə görə məsuliyyət daşımalıdırlar.

“Təbii ki, Ermənistanın özü bu dəhşətli hadisəni pisləyə bilərdi. Onsuz da tarix həmişə hər şeyi öz yerinə qoyur”, - D.Qrevtsova söyləyib.

O, həmçinin vurğulayıb ki, hər zaman müharibənin qəddarlığından deyil, ilk növbədə, danışıqlar yolu ilə problemlərin sülh, diplomatik yolla həllindən istifadə etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi