Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb Rusiya Federasiyasının dövlət satınalma üzrə rəsmi saytında "Dağlıq Qarabağ Respublikası" göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.
Qarabağ
9 Sentyabr , 2021 09:02
Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin "Dağlıq Qarabağ Respublikası" kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

Həmçinin "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.

Son xəbərlər

Orphus sistemi