Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Yerevanda görüş keçirib

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Yerevanda görüş keçirib Rusiyanın sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri David Tonoyan ilə görüşüb
Qarabağ
11 Noyabr , 2020 16:07
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Yerevanda görüş keçirib
Rüstəm Muradov
0 : 00
0 : 00

Rusiyanın sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri David Tonoyan ilə görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, R.Muradov Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət etmək üçün bölgəyə gəlib.

Görüş zamanı sülhməramlı bölmə tərəfindən missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub. Bəzi mənbələrə görə, o, əslən azərbaycanlıdır.

O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat sənədinə əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 1 960 hərbçi, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi