Milli Məclisin sədri Sahibə Qafarova tviter səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda deyilir:
"Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"