Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Salyanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb.
Qarabağ
27 Sentyabr , 2021 17:40
Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Salyanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb.

“Report”un Aran bürosu xəbər verir ki, anım günü münasibəti ilə öncə rayonun Bayraq Meydanında, park və xiyabanlarında ağacəkmə aksiyası keçirilib. Bir gündə 800-ə yaxın ağac əkilib. Sonra tədbir şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində davam etdirilib. Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəhrəman oğullarımızın Vətən müharibəsində göstərdiyi igidliklərindən, tarixi qələbə qazanmalarından söz açılıb. Onların qəhrəmanlığının gələcək nəsillər üçün nümunə olacağı xüsusi vurğulanıb. Şəhidlər xiyabanında isə şəhidlərin məzarları ziyarət edilib, məzarları üzərinə qərənfillər düzülüb. Vətən müharibəsində Salyanın ilk şəhid övladı-Elmir Məmmədlinin ailəsinə də baş çəkilib, məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Vətən müharibəsi başlayan zaman 2400 nəfər salyanlı könüllü olaraq döyüşə yollanıb, 60 nəfər şəhadətə ucalıb, 240 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi