“Biz hazırda bir sıra hüquqi, normativ sənədlər hazırlamışıq. Minalardan təmizləmə prosesində iştirak edən tərəflərin fəaliyyətinin əlaqələndirilməsi mexanizmi də hazırlanıb”.
“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.
Onun sözlərinə görə, hazırda ANAMA kifayət qədər çətin və mürəkkəb dövrü yaşayır: “Ərazilərin minalardan təmizlənməsi zamanı çox nadir hallarda bir növ mina ilə qarşılaşırıq. Çox hallarda isə qarışıq - tank, piyada əleyhinə minalarla rastlaşırıq. Külli miqdarda partlamamış sursatlar da əlavə problemdir”.