Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində yazıb.
“Azərbaycan parlamentinin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə çox mənalı görüş baş tutdu. Məcburi köçkünlərin geri qaytarılması bütün Qarabağ sakinləri üçün dostluq şəraitində birgə yaşayış və barışıqda həlledici rol oynayacaq”, - o bildirib.