"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu Qafqaza hüzur və sülh gətirəcək".
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Ümid edirəm ki, Azərbaycanın bu haqlı mübarizəsi qələbə ilə nəticələnəcək, işğal sona çatacaq, ölümlər bitəcək, məcburi köçkünlər öz yerlərinə qayıdacaq. İllərdir övladlarına dedikləri Vətənlərində olacaqlar. Biz istəyirik ki, bunlar sülhlə həyata keçsin. Əks təqdirdə, Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə azad etməkdə haqlıdır və dünya da bunu dəstəkləməlidir", - ombudsman deyib.
Qeyd edək ki, Ş.Malkoç Gəncəyə səfəri çərçivəsində ermənilərin raket atəşi nəticəsində həlak olanların yaxınları ilə də görüşüb.