Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb 

Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb  Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Qarabağ
17 Mart , 2023 11:14
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb 

Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyin inzibati binasında keçirilib.

Sənədləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç imzalayıblar.

Beləliklə, Şuşa işğaldan azad olunandan sonra ilk dəfə olaraq şəhərdə qardaşlaşma haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.

Səfər Azərbaycan Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi