Ermənistən silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ötən gecə Tərtər rayonunu növbəti dəfə atəşə tutub.
“Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 17-dək düşmən tərəfindən rayon ərazisinə ümumilkdə 13 mindən çox top mərmisi atıb. Nəticədə 14 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. Bununla yanaşı, yüzlərlə evə ziyan dəyib, 120-yə yaxın ev və onlarla yardımçı tikili tamamilə dağıdılıb.
Rayon sakinləri bütün bunlara baxmayaraq öz evlərini bir an da tərk etmədən düşmənə meydan oxuyurlar. Onlar bildirirlər ki, doğma ata-baba yurdlarından heç yerə getməyəcəklər.