“The Wall Street Journal” Qarabağdan reportaj hazırlayıb

“The Wall Street Journal” Qarabağdan reportaj hazırlayıb “The Wall Street Journal”ın jurnalistləri Azərbaycanın Ağdam və Füzuli şəhərlərində olublar
Qarabağ
15 Fevral , 2021 21:39
“The Wall Street Journal” Qarabağdan reportaj hazırlayıb

Ermənistan işğalçı qüvvələrinin yüz minlərlə azərbaycanlını Dağlıq Qarabağdakı və ətraf bölgələrindəki evlərindən qovduqları müharibədən təxminən 30 il sonra, çoxları Azərbaycan torpaqları işğaldan azad etdikdən sonra tezliklə öz yurdlarına dönəcəklərinə ümid edirlər.

“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal”da yayımlanan məqalədə deyilir. Qeyd edək ki, beynəlxalq nəşrin jurnalistləri Azərbaycanın işğaldan azad etdiyi Ağdam və Füzuli şəhərlərində olublar.

“Doğma torpağımda ölməyi mənə nəsib etdiyi üçün Allaha şükür edirəm”- 74 yaşlı Səyalı Paşayeva bir vaxtlar ailəsinin yaşadığı Ağdama ilk səfəri zamanı deyib.

Materialda deyilir ki, S.Paşayevanın oğlu və qızı, burada salamat qalan yeganə bina - yerli məscid üçün hədiyyə olaraq sandıqdan qırmızı xalça çıxarıb.

Məqalədə bildirilib ki, məcburi köçkünlərin geri qaytarılması prosesi uzun müddət çəkəcək. Belə ki, işğaldan azad edilən torpaqların tamamilə bərpa edilməsinə ehtiyac var.

“Partlamamış mina və hərbi sursatlar hələ də buradakı mənzərənin bir hissəsidir. Dəmir yolu və hava limanı infrastrukturu çoxdan məhv edilib. Oraya çatmaq üçün mövcud olan yeganə quru yol dağılmış şəhərlərin bərpasını çətinləşdirir”deyə, məqalə müəllifləri bildirir.

Son xəbərlər

Orphus sistemi