"Tuğda tarixi-memarlıq abidələri soyqırımına məruz qalıb" - VİDEOREPORTAJ

"Tuğda tarixi-memarlıq abidələri soyqırımına məruz qalıb" - VİDEOREPORTAJ Tarixçi-alim buradakı Ktiş qalasının orta əsr memarlıq üslubunda inşa edildiyini qeyd edib
Qarabağ
22 Mart , 2021 11:48
Tuğda tarixi-memarlıq abidələri soyqırımına məruz qalıb - VİDEOREPORTAJ

"Tuğ kəndində işğaldan qabaq azərbaycanlılar çoxluq təşkil edib".

Bunu "Report"a açıqlamasında tarixçi-alim Nazim Tapdıqoğlu deyib.

Onun sözlərinə görə, Xocavəndin Tuğ kəndində olan tarixi-memarlıq abidələri demək olar, soyqırımına məruz qalıb: "İstər Tuğda, istərsə də digər işğaldan azad olunmuş torpaqlarımızdakı məbədlərimizi, xüsusən də alban kilsələrini ermənilər öz adlarına çıxarıblar. Onlar alban kilsələrindəki xaçları silərək öz xaçlarını çəkib dünyaya öz məbədləri kimi tanıtmaq istəyiblər. Onlar bizim toponimlərimizə kimi dəyişiklik ediblər".

N.Tapdıqoğlu Tuğ kəndinin qədim torpaqlarımızdan olduğuna diqqət çəkib: "Tuğ qədim kəndlərimizdən biridir. Hazırda burda heç kim yaşamasa da, lakin işğala qədər kənddə 2 mindən artıq sakin yaşayırdı. Bunlardan 1400-ə qədəri azərbaycanlılar, qalanları isə ermənilər idi. Burada yaşı 135 ilə yaxın olan məktəb fəaliyyət göstərirdi. Hətta işğala qədər tədris edilirdi. “Qarabağnamə”lərin müəlliflərindən biri olan Mir Mehdi Xəzani tərəfindən tikilmiş bir məktəbdir. Onun da məzarı bu kənddədir. Bu məktəbin çoxlu sayda məzunları olub. Məsələn, Xudadat bəy Məlikaslanov, Cavad bəy Yeqanov və digər dəyərli ziyalıların adını çəkə bilərik”.

Tarixçi-alim buradakı Ktiş qalasının orta əsr memarlıq üslubunda inşa edildiyini qeyd edib: “9-cu əsr məlumatlarına baxarkən, biz Xürrəmilər hərəkatı zamanında babəkilərin Araz çayını keçərək Tuğ ərazisində yadellilərə qarşı mübarizə apardığının şahidi ola bilərik. Ümumiyyətlə, Tuğda çox görkəmli nəsillər yaşayıb. Məlikaslanovlar, Yeqanovlar, Aslanbəylilər, Səlimbəylilər, Cəfərovlar, Vəliuşaqlılar və digərləri".

Video: Vüqar Xanlarov

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi