Tural Gəncəliyev: "Azad edilən torpaqlarda bütün etnik qrupların dinc yaşamaq hüququ olacaq"

Tural Gəncəliyev: "Azad edilən torpaqlarda bütün etnik qrupların dinc yaşamaq hüququ olacaq" "Ermənistan sakinlərinə müraciət edərək deyirəm ki, Azərbaycan hərbi əməliyyatlar aparır və yalnız düşmənin legitim hərbi obyektlərini zərərsizləşdirir".
Qarabağ
3 Oktyabr , 2020 15:17
Tural Gəncəliyev: Azad edilən torpaqlarda bütün etnik qrupların dinc yaşamaq hüququ olacaq
Tural Gəncəliyev

"Ermənistan sakinlərinə müraciət edərək deyirəm ki, Azərbaycan hərbi əməliyyatlar aparır və yalnız düşmənin legitim hərbi obyektlərini zərərsizləşdirir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. 

"Heç bir vəchlə mülki əhaliyə qarşı silah işlətmir və beynəlxalq hüququn prinsiplərinə uyğun davranır. Erməni sakinlərinə səslənirik ki, onlar Azərbaycan Ordusuna qarşı silah işlətməsinlər. Torpaqlarımızı işğaldan azad etmək səylərinə dəstək olsunlar. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün salınmış əhali ilə bərabər orada yaşayan sakinlərin də hüquqlarının qarantıdır. Torpaqlar azad ediləndən sonra orada yaşayan bütün etnik qruplar öz hüquq və azadlıqlarına qovuşacaq, Azərbaycan Respublikası ərazisində dinc yaşamaq hüququ əldə edəcəklər", - o deyib.

Son xəbərlər

Orphus sistemi