"Azərbaycanın həyata keçirdiyi əks-hücum planları işğalçıların ərazimizdən qovulmasına hesablanıb. Ölkə Konstitusiyasının 9-cu maddəsi silahlı qüvvələrdən bəhs edir. Hazırda Ordumuz əməliyyat keçirməklə torpaqların işğalçılardan təmizlənməsi və əhalimizin geri qayıtması üçün cəhdlər edir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.
O deyib ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatlarını dəstəkləyirlər: "Bəyan edirik ki, torpaqlar azad edilən kimi hamımız bir nəfərə kimi geri dönəcəyik".