Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib

Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsi ilə bağlı iclas keçirib.
Qarabağ
21 Oktyabr , 2020 14:35
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib

Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsi ilə bağlı iclas keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.

Nazir müavini Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktını həyata keçirməyi planlaşdırdığını və müharibəyə hazırlaşdığını xəbərdar etdiyini bildirib. İ.Babayev BMT-nin 75 illiyinə həsr edilmiş Sessiyada cənab Prezident İlham Əliyevin Ermənistanı öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozmasını bildirən çıxışını da diqqətə çatdırıb. O, döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmənin balistik raketlərdən istifadə edərək dinc əhaliyə qarşı terror aktları törətməklə hərbi cinayətlər törətdiyi vurğulanıb.

İ.Babayev sonda soykökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasının üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha cox beynəlxalq quruma çatdırılmasında və sosial mediada bizim yanımızda olmağa çağırıb.

İclsada cıxış edənlər Azərbaycanın haqq səsini dəstəklədiklərini, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürüblər.

İclasda həmçinin Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVID-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqədar bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olunub.

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.

Son xəbərlər

Orphus sistemi