Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa Məscidində olublar.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, xarici KİV nümayəndələri məscidi ziyarət ediblər.
Ziyarət zamanı "Quran" tilavət olunub, dualar oxunub, namaz qılınıb.
Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.