Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə parlamentində təsdiqlənib.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Müzakirələrdən sonra Türkiyə parlamenti qərarı təsdiq edib.
Qərarla Azərbaycana göndəriləcək Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək. Qeyd edək ki, bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinin səlahiyyətinə aiddir.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepedə hökumətin iclası keçirilib.
Toplantıda əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepedə hökumətin iclası keçirilir.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, toplantıda Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi əsas müzakirə mövzusudur.