Türkiyə parlamentindəki partiyalar Azərbaycana dəstək bəyanatı veriblər

Türkiyə parlamentindəki partiyalar Azərbaycana dəstək bəyanatı veriblər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun müttəfiqi Millətçi Hərəkat Partiyası (MHP), həmçinin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar birgə bəyanat yayıb
Qarabağ
28 Sentyabr , 2020 18:35
Türkiyə parlamentindəki partiyalar Azərbaycana dəstək bəyanatı veriblər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun müttəfiqi Milliyətçi Hərəkat Partiyası (MHP), həmçinin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar. 

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

“Biz beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın gerçəkləşdirdiyi müdafiəni dəstəkləyirik.

Dağlıq Qarabağ 30 ildir Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın sonlandırılması üçün BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinə müvafiq olaraq sülh həllinə dəstəyimizi təkrarlayırıq. Beynəlxalq ictimaiyyəti bu günədək Ermənistanın işğal və hücumları səbəbindən zərər çəkən Azərbaycanın yanında olmağa çağırırıq.

Bununla əlaqədar Məclisimizdəki siyasi partiyalar olaraq şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, qazilərə şəfa və can Azərbaycana başsağlığı diləyir, millətimizin həmrəylik iradisini bir daha güclü bir şəkildə vurğulayırıq”, - bəyanatda qeyd olunub.

Müxalifətdə olan Xalqların Demokrat Partiyası bəyanatı imzalamayıb. 

Son xəbərlər

Orphus sistemi