Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.
"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.
Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.