Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb

Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı iki ölkənin nümayəndələri arasında Ankarada keçirilən danışıqlar başa çatıb.
Qarabağ
14 Noyabr , 2020 14:10
Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı iki ölkənin nümayəndələri arasında Ankarada keçirilən danışıqlar başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.

"Dünən Rusiyadan 20 nəfərlik nümayəndə heyəti Ankaraya gəlib. Rusiyalı nümayəndə heyəti öncə Türkiyənin Xarici İşlər Nazirliyinin, sonra isə Milli Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri ilə görüşüb. Türkiyə və Rusiyanın yüksək hərbi vəzifəlilərindən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər və Suriyadakı, xüsusilə İdlibdəki vəziyyət müzakirə mövzusu olub. Bu gün davam etdirilən texniki danışıqlar zamanı atəşkəsdən sonra bölgədə görüləcək işlərin detalları müzakirə edilib", nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi