Türkiyə Vətən müharibəsində yaralanan qazilərin ortopedik cihazlarla təmin edilməsi üçün dəstək göstərib.
"Report" xəbər verir ki, qazilərin protez ölçmələri Beynəlxalq Həkimlər İttifaqı (AID) tərəfindən skaner vasitəsilə aparılıb.
Belə ki, 3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr üçün protezlər istehsal edilib. Türkiyəyə gətirilən ilk protez aeroportda qazilərə təqdim edilib.
Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.