Ukrayna səfirliyi Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib

Ukrayna səfirliyi Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib "Xocalı hadisələri təkcə Azərbaycan xalqının deyil, hər bir qayğıkeş insanın yaddaşında əbədi qalacaq”
Qarabağ
26 Fevral , 2021 16:58
Ukrayna səfirliyi Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib

“Azərbaycanın Xocalı şəhərində kənar təcavüz nəticəsində mülki əhalinin kütləvi şəkildə öldürülməsi ilə nəticələnən 26 fevral 1992-ci il hadisələri təkcə Azərbaycan xalqının deyil, hər bir qayğıkeş insanın yaddaşında əbədi qalacaq”.

“Report” xəbər verir ki, bu sözlər Ukraynanın Azərbaycandakı səfirliyinin bəyanatında yer alıb.

“Ukrayna xalqı Azərbaycan xalqının bütün ağrılarını kədərlə bölüşür, çünki özləri də ukraynalıların 1932-1933-cü illərdə Sovet hökuməti tərəfindən qəsdən təşkil olunmuş repressiya və süni aclıq nəticəsində həyatları uğrunda döyüşməyə məcbur olduqlarını xatırlayırlar”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Son xəbərlər

Orphus sistemi