Ukraynalı ekspert: "Ermənistanın törətdikləri cinayətlərə beynəlxalq məhkəmədə baxılmalıdır"

Ukraynalı ekspert: "Ermənistanın törətdikləri cinayətlərə beynəlxalq məhkəmədə baxılmalıdır" Ermənistan tərəfi hansısa hərbi obyektlərə zərbə endirmək adı altında dinc əhaliyə qarşı cinayətlər törədib.
Qarabağ
28 Sentyabr , 2021 10:14
Ukraynalı ekspert: Ermənistanın törətdikləri cinayətlərə beynəlxalq məhkəmədə baxılmalıdır
Aleksandr Kovalenko

"Ermənistan tərəfi hansısa hərbi obyektlərə zərbə endirmək adı altında dinc əhaliyə qarşı cinayətlər törədib".

“Report” xəbər verir ki, bunu “İnformasiya müqaviməti” qrupunun hərbi və siyasi şərhçisi Aleksandr Kovalenko Ermənistanın Vətən müharibəsinin gedişində Gəncə şəhərində törətdikləri dağıntıları şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, şübhəsiz ki, cəbhədəki vəziyyətin şərtləndirmiş olduğu insanlığa qarşı cinayətdir.

“Fikrimcə, buna görə cəza verilməlidir və bu məsələyə birbaşa beynəlxalq məhkəmə instansiyalarında baxılmalıdır”, - ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi