UNDP: "Minatəmizləmə işləri dayanıqlı inkişaf məqsədləri baxımından mühümdür"

UNDP: "Minatəmizləmə işləri dayanıqlı inkişaf məqsədləri baxımından mühümdür" Minatəmizləmə işləri Dayanıqlı İnkişaf Məqsədlərindən bir çoxuna çatmaq baxımdan da mühüm əhəmiyyət daşıyır.
Qarabağ
1 Aprel , 2022 17:31
UNDP: Minatəmizləmə işləri dayanıqlı inkişaf məqsədləri baxımından mühümdür

"Minatəmizləmə işləri dayanıqlı inkişaf məqsədlərindən bir çoxuna çatmaq baxımından da mühüm əhəmiyyət daşıyır".

Bunu “Report”a BMT-nin İnkişaf Proqramının (UNDP) məsləhətçisi David Hyuitson (David Hewitson) bildirib.

“Minatəmizləmə işləri başqa fəaliyyət növləri üçün də zəmin yaradır. Ərazilər minalardan təmizləndikdən sonra insanlar öz yurd-yuvalarına qayıdacaq, iqtisadi fəaliyyət başlayacaq. Bu da dayanıqlı inkişaf məqsədlərinə çatmaq baxımından əhəmiyyətli olan bir çox fəaliyyət növlərinə təkan verəcək. UNDP minatəmizləmə ilə bağlı məsələləri təhlükəsiz şəkildə həll etməkdə Azərbaycan hökumətinə dəstək verir” – deyə ekspert qeyd edib.

Xatırladaq ki, bu gün Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işə başlayıb.

Son xəbərlər

Orphus sistemi